İdman

"Mançester Siti" premyer liqada ardıcıl 16-cı qələbəsini qazanıb

17 Dekabr 2017 01:30
0 Şərh     Baxış: 1 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti" dekabrın 16-da İngiıtərə Premyer Liqasının 18-ci turunda doğma meydanda London təmsilçisi "Tottenhemi" 4-1 hesabı ilə məğlub edərək ardıcıl 16-cı qələbəsini qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunun 14-cü dəqiqəsində İlkay Gündoğan "Tottenhem"in qapısına yol tapıb: 1-0. Oyunun sonuna doğru təzyiqi daha da artıran "Maneçester Siti" 70-ci dəqiqədə Kevin de Bruynenin qolu ilə fərqi artırıb - 2:0. Oyunun 80-ci və 90-cı dəqiqələrində Mançester təmsilçisinin hücumçusu Rahim Sterlinq dub edib - 4:0. Oyunda son nöqtəni "Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen qoyub - 4:1.

Beləliklə, "Mançester Siti" 52 xalla çempionatda liderliyini uğurla davam etdirir. Onların ən yaxın izləyicisi "Mançester Yunayted"in aktivində isə 38 xal var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.