İdman

Elvin Məmmədov “Neftçi” yolunda

16 Dekabr 2017 14:35
0 Şərh     Baxış: 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin qış fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı bəlli olub.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, paytaxt klubu "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədovla danışıqlara başlayıb.

Təcrübəli futbolçu "qırmızı-qaralar"ın heyətində oyun praktikası baxımından əziyyət çəkir. "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Məmmədova az şans verir. "Neftçi" də məhz bundan istifadə etmək niyyətindədi. 

Bakılılar Elvinin razılığını alandan sonra "Qəbələ" ilə danışıqlara başlamağı düşünürlər. Transferin baş tutması üçün bölgə klubu "hə" deməlidi. Çünki Məmmədovun "Qəbələ" ilə gələn ilin yayına kimi müqaviləsi var.

Karyerası ərzində "Qəbələ"dən öncə "Turan Tovuz", "İnter", "Qarabağ", "Bakı" və "Zirə" klublarında da oynamış Məmmədovun adı əvvəllər də bir neçə dəfə "Neftçi" ilə birgə çəkilib.

Qeyd edək ki, "Qəbələ"nin heyətinə bu ilin yayında qoşulan Elvin Məmmədov Premyer Liqanın cari mövsümündə cəmi 6 oyunda iştirak edib və aktivinə 1 qol yazdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.