İdman

Fariz Yusifovdan xəbərdarlıq: “Hər yerindən duran hakimlikdən danışır”

16 Dekabr 2017 15:36
0 Şərh     Baxış: 918
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fariz Yusifov ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Neftçi" - "Zirə" matçından sonra qonaq komandanın yarımmüdafiəçisi Milan Duriçin hakimliklə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Milli.Az xəbər verir ki, keçmiş FİFA referisi qol.az-a açıqlamasında başda Duriç olmaqla, Azərbaycanda çıxış edən bütün əcnəbi futbolçulara xəbərdarlıq edib:

"Duriç dediyi sözə görə məsuliyyət daşıyır. Bununla bağlı rəhbərliklə danışmışam. Ona başa salmaq lazımdır ki, Fariz Yusifov dünənki hakim deyil. 20 ildir Azərbaycan futboluna xidmət edirəm.Yerindən duran əcnəbi hakimliyimiz haqda bu cür ifadələr işlədir. Azərbaycana dünən gəlib, biz isə futbolda saç ağartmışıq. Adamın vicdanı olar.

Yəqin ki, oyunun analizinə baxacaqlar və görəcəklər ki, biz meydanda nə etmişik. "Zirə"yə qarşı hansı ədalətsizliyi etdik ki, ağızlarına gələni danışırlar. Əcnəbilər Azərbaycana gəlirlər, 1-2 il gəzib gedirlər. Burada qalan bizlərik. Başda Duriç kimi futbolçular olmaqla, onların nəzərinə çatdırım ki, Azərbaycanda hakimlik məktəbi olub. Nəsə danışanda diqqətli olsunlar ki, kimdən və nədən bəhs edirlər.

Mən Azərbaycan futbolunda ad qoyub gedən hakimlərdən olacam. Ona görə də əcnəbi futbolçulara xəbərdarlıq edirəm: hakimlik haqda danışanda diqqətli olsunlar".

Qeyd edək ki, Duriç 0:2 hesabı ilə uduzduqları oyundan sonra hakimi ədalətsiz idarəçilikdə günahlandırmış, "Fariz Yusifov meydanda "Neftçi"nin ən yaxşısı idi" söyləmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.