İdman

"Gremio"nun baş məşqçisi: "Futbolçu kimi Ronaldodan daha yaxşı idim"

16 Dekabr 2017 16:03
1 Şərh     Baxış: 1 178
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

1982-99-cu illərdə peşəkar futbolçu olan "Qremio"nun baş məşqçisi Renato Qauço özünü Ronaldu ilə müqayisə edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, braziliyalı mütəxəsis daha universal olduğunu qeyd edib.

"Müasir nəsil Ronaldunu izləyir. Onlar mənim oyunumu görməyib. Biraz yaşlı nəsildən mənim haqqımda soruşun. Mənə maraqıdır, Ronaldu mənim forma geyindiyim komandalarda və şərtlər altında oynasaydı, necə çempion olardı. Bəzən 3-4 ay məvacib almırdıq. İndiki "Real"da, yaxşı meydanlarda və usta futbolçularla yanaşı oynamaq istərdim. Ronaldu fiziki hazırlıq üzərində ciddi çalışır. Lakin xüsusi texnikaya malik deyil. Sol cinaha keçən kimi heçnə edə bilmir" - Qauço deyib.

Onun sözlərini həmyerlisi Luiz Felipe Skolari də təsdiqləyib.

"Renato futbolçu kimi Ronaldudan daha yaxşı idi. Amma Kriştianu ondan çox fərqlənir. "Qremio"nun çıxışı Qauçonun zəhmətinin bəhrəsidir. O, güclü tərəfləri və oyun tərzi sayəsində uğurlara nail olub" - braziliyalı mütəxəsis qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.