İdman

Oliver Kan: "Gərək "Mançester Yunayted"ə keçərdim"

16 Dekabr 2017 17:12
1 Şərh     Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bayern Münhen"in əfsanəvi qapıçısı Oliver Kan "Bild" nəşrinə müsahibəsində 15 il öncə "Mançester Yunayted"dən aldığı təklifdən söhbət açıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper bunları deyib:

"Ser Aleks hələ də mənə acıqlıdır. O düşünürdü ki, 2003 və ya 2004-cü ildə "Mançester Yunayted"ə keçəcəm. Amma həmin vaxt məni "Bavariya" karyeram maraqlandırırdı. Hesab edirəm ki, transferə razılaşmaq lazım idi. Mənim üçün əsl sınaq olardı".

Kan 14 il "Bavariya"nın şərəfini qoruyub. O, karyerasnı 2008-ci ildə başa vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.