İdman

"Bundan sonra kubok daha maraqlı olacaq" - "Qarabağ"a qalib gələn "Sumqayıt"ın məşqçisi

15 Dekabr 2017 22:52
1 Şərh     Baxış: 1 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çox maraqlı oyun alındı". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu "Sumqayıt"ın məşqçisi Seymur Rəhimov deyib.

Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda öz meydanında "Qarabağ"la qarşılaşan "kimyaçılar" 2:0 hesablı qələbə qazanaraq yarımfinala adlayıblar.

Baş məşqçi Samir Abasov xarici səfərdə olduğu üçün onu əvəzləyən Rəhimov matç haqqındakı fikirlərini klub saytı ilə bölüşüb: "Böyük komandaya qarşı oynayırdıq. Futbolçulara təşəkkür edirəm. Canlarını qoydular. Azarkeşlərimizə də minnətdaram. Qurban müəllimə də işində uğurlar arzulayıram. O, bizim böyük qardaşımızdı. Bundan sonra kubok daha maraqlı olacaq. Hələ yolumuz uzundu. Düşünürəm ki, yaxşı olacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.