İdman

Simeone: “Qrizman komandadan ayrılacaq”

15 Dekabr 2017 15:15
0 Şərh     Baxış: 1 498
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletiko"nun hücumçusu Antuan Qrizmanın mövsümün sonunda "Barselona"ya transferi gözlənilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyindən sonra madridlilərin baş məşqçisi Dieqo Simeone də bu keçidə razılıq verib.

Argentinalı mütəxəssis yerli mətbuata açıqlamasında Qrizmanın komandadan ayrılacağını istisna etməyib: "Oyunçularımı çox sevirəm. Onların böyüdüyünü görmək məni məmnun edir. Əgər kimsə gəlib mənə desə ki, başqa komandada oynamaq istəyirəm, ona problem yaratmaram. Bu, mümkün olan hər şeyi etmiş Qrizman olsa belə, əngəl törətmərəm. Qrizman vaxtı gələndə komandadan ayrılacaq. Necə Arda Turanla Dieqo Kostaya icazə vermişdikdə, onun da getməsinə razı olacağıq".

Qeyd edək ki, Antuan Qrizman "Atletiko"ya 2014-cü ildə "Real Sosyedad"dan keçib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.