İdman

"Sumqayıt"ın qarşılaşacağı 2 rəqib müəyyənləşdi

15 Dekabr 2017 14:52
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sumqayıt"ın Türkiyə toplanışı çərçivəsində yoxlama matçı keçirəcəyi daha 2 rəqibinin adı müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Antalyada ümumilikdə 4 görüşdə qüvvəsini sınayacaq. 

Samir Abasovun yetirmələri qardaş ölkəyə yanvarın 21-də yola düşəcəklər. Fevralın 4-də isə komanda Azərbaycana qayıdacaq. Rəqiblərdən birinin "Anji" olduğu açıqlanmışdı. Lakin Rusiya təmsilçisi ilə oyun mahaçqalalıların rəsmi saytında göstərilən tarix - yanvarın 22-də keçirilməyəcək. Bu görüş yanvarın 31-də baş tutacaq.

"Sumqayıt" yanvarın 28-də Makedoniya klubu "Akademiya Pandev"lə üz-üzə gələcək. Adıçəkilən komanda ölkə çempionatında 4-cü pillədə qərarlaşıb. Sumqayıtlıların toplanış çərçivəsində sonuncu sparrinq rəqibi isə "Mladost" olacaq. Serbiya klubu ilə qarşılaşma fevralın 3-də keçiriləcək. "Mladost" ölkə çempionatında 16 komanda arasında 9-cudur. "Sumqayıt"ın yoxlama matçı keçirəcəyi komandalardan yalnız birinin adına hələ tam aydınlıq gəlməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.