İdman

“Xəzər Lənkəran”dan sonrakı “Neftçi”

15 Dekabr 2017 13:53
1 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" ardıcıl 7-ci dəfə Azərbaycan kubokunun yarımfinalına yüksəlib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi 2011/12 mövsümündə başlayan seriyasını cari turnirdə də davam etdirib.

"Ağ-qaralar" iki oyunun cəmində "Zirə"ni mübarizədən kənarlaşdırıblar. Bununla, yarımfinala yüksəlmək seriyası 7-yə çatıb - 0:1, 2:0. Son 6 cəhdindən 5-də finala yüksələn bakılılar yalnız 2016/17 mövsümündə yarımfinalda dayanıb.

"Neftçi"siz sonuncu yarımfinal 2010/11 mövsümünə təsadüf edib. Həmin vaxt bakılıları 1/4 finalda "Xəzər Lənkəran" dayandırmışdı - 3:4, 1:1. Cənublulardan sonra "ağ-qaralar"ı 1/4 finalda saxlayan olmayıb.

Bu, Azərbaycan kuboku tarixində 2-ci nəticədi. "Neftçi" artıq ölkə rekordunun bir addımlığındadı. Mütləq rekord "Keşlə"yə məxsusdu. Komanda "İnter" adlandığı vaxtdan - 2004/05 mövsümündən ardıcıl 8 dəfə yarımfinala yüksəlib və yalnız 2013/14 mövsümündə bu raundadək irəliləyə bilməyib.

Qeyd edək ki, "Neftçi" ümumilikdə 17-ci dəfə kubokun yarımfinalına yüksəlib. Bu da ən yüksək göstəricidi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.