İdman

19 yaşında ilin ən yaxşı futbolçusu seçildi, tarixə düşdü

15 Dekabr 2017 10:37
0 Şərh     Baxış: 1 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Almaniyanın "Borussiya" (Dortmund) klubuna forma geyinən Kristian Pulişiç Amerikada ilin ən yaxşı oyunçusu seçilib.

19 yaşlı futbolçu bu uğuru ilə həm də yeni rekord müəyyənləşdirib. Belə ki, o, ABŞ-da ilin ən yaxşı futbolçusu seçilən ən gənc futbolçudu. 19 yaşlı Pulişiçdən öncə rekord Lendon Donovana məxsus idi. O, 2003-cü ildə, 21 yaşı olarkən Amerikanın ən yaxşı futbolçusu seçilmişdi.

Pulişiç ABŞ yığmasının şərəfini qoruyur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.