İdman

"Latsio" İtaliya çempionatını boykot edə bilər

12 Dekabr 2017 23:38
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Latsio" futbol klubunun rəhbərliyi hakimlikdən narazılıq səbəbindən İtaliya A Seriyasının oyunlarını boykot etməyi nəzərdən keçirir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "Premium Sport" nəşrinə istinadən "Football Italia" yazıb.
"Qartallar"ın sahibi Klaudio Lotito hesab edir ki, onun komandasına qarşı planlaşdırılmış şəkildə kampaniya aparılır və bu, romalıların mövsümü dördüncü pillədə başa vurmasına mane olmağa yönəlib.
"Latsio" ötən gün İtaliya A Seriyasının 16-cı turu çərçivəsində "Torino" ilə keçirilən matçın yarısını on nəfərlə oynayıb. Bundan əlavə, hakim romalıların xeyrinə penalti təyin etməyib və matç turinlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Latsio" İtaliya çempionatında 15 oyundan sonra 32 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.