İdman

Bosniya Futbol Federasiyasını Terim qonaq edib

12 Dekabr 2017 19:18
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə İstanbula gələn Bosniya Futbol Federasiyası nümayəndələri ilə Fatih Terim arasında baş tutan görüşə aid maraqlı məqam açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Terimlə görüşən heyətdə yer alan Tarık Hodziç türkiyəli mütəxəsisin qonağı olduqlarını deyib.

"Mətbuatda yayılan xəbərlərin əksinə olaraq, biz heç nəyə pul xərcləmədik. Çünki şəxsi avtomobil daxil, gecələmə, səyahət, qidalanma xərclərimiz Fatih Terim tərəfindən qarşılandı. Terim yaxın dostumdur. Danışıqlar zamanı tərcüməçi mən idim, puldan söhbət getmədi. O, böyük məşqçidir. İstədiyi məvacibi bir sponsordan çıxar bilən adamdır. Məncə, Fatih Terim bizə maliyyə baxımından yük olmazdı".

Terimlə 3.5 saat aparılan danışıqlarda Zvezdn Misimoviç və Sead Kaytaz da iştirak edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.