İdman

Bakıda voleybolçu qadının qətli ilə bağlı məhkəmə başladı

12 Dekabr 2017 15:55
1 Şərh     Baxış: 1 559
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Namiq Vəkilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Sonra N. Vəkilovun vəkili Namiq Hacıyev vəsatətlə çıxış edərək bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsin hadisə günü telefon danışıqları çıxarılaraq məhkəməyə təqdim edilməlidir.

Məhkəmə vəsatəti cinayət işi materiallarına əlavə edib.

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, Qazax rayon sakini Namiq Vəkilov Suraxanı rayonunun Hövsan qəsəbəsində 1963-cü il təvəllüdlü Anjelika Morozovanın başına torba keçirərək, onu boğub qətlə yetirməkdə təqsirləndirilir.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb.
 
Qətlə yetirilən qadının cadugərliklə məşğul olduğu bildirilir. Anjelika Morozova peşəkar voleybolçu kimi tanınıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.