İdman

Rus idmançıların olimpiadada neytral statusda çıxış etmələrinə icazə verildi

12 Dekabr 2017 19:54
0 Şərh     Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Olimpiya Komitəsinin Olimpiya yığıncağı yerli idmançıların 2018-ci il Qış Olimpiya Oyunlarında neytral statusda çıxış etmək istəkləri ilə bağlı bəyanatını dəstəkləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq qərar yekdilliklə qəbul olunub. Pxençxan-2018-də iştirak etməklə bağlı yekun qərarı hər bir idmançı özü verəcək.

Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ölkə rəhbərliyinin idmançıların Qış Olimpiya Oyunlarında neytral statusda iştirakına mane olmayacağını bildirib.

Qeyd edək ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bununla belə, qan analizlərində dopinq tapılmayan idmançılar Oyunlarda neytral bayraq altında çıxış edə bilərlər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.