İdman

Ronaldinyo meydanın mərkəzindən qol vurdu - VİDEO

12 Dekabr 2017 20:30
5 Şərh     Baxış: 2 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur braziliyalı futbolçu Ronaldinyo baxımlı qola imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, ulduz oyunçu öz dostları ilə Braziliya futbolunun tanınmış nümayəndələri arasında təşkil edilən xeyriyyə matçında fərqlənib.

O, komandasının 6:9 hesabı ilə uduzduğu görüşdə meydanın mərkəzindən qol vurub.
Qeyd edək ki, Braziliya yığmasının keçmiş hücumçusu karyerası ərzində Fransanın PSJ, İspaniyanın "Barselona", İtaliyanın "Milan", Meksikanın "Keretaro", eləcə də vətənində "Qremio", "Flamenqo", "Atletiko Mineyro" və "Fluminese" komandalarının formasını geyinib. O, 2015-ci ildə futbolçu karyerasını başa vuraraq, futzala keçib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ronaldinyo meydanın mərkəzindən qol vurub

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.