İdman

AFFA qərar verdi: “Region Liqası” başlayır

12 Dekabr 2017 08:53
1 Şərh     Baxış: 2 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dekabrın 13-də "Region Liqası" turnirinin püşkü atılacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, püşkatma mərasimi 3 şəhərdə - Sumqayıtda, Sabirabadda (Gənclər Mərkəzi, akt zalı) və Oğuzda (Təhsil şöbəsi, akt zalı) keçiriləcək.
 
Liqanın oyunlarına dekabrın 16-da və 17-də start veriləcək.
 
Məlumat üçün qeyd edək ki, "Region Liqası"nın oyunları 3 zona üzrə (Paytaxt və Şimal; Cənub və Mərkəz, Şimal-Qərb və Qərb) keçiriləcək.
 
Hər birində 4 və ya 5 iştirakçı olmaqla komandalar 2 qrupda mübarizə aparacaq. Bu mərhələ 4 dövrədən  ibarət olacaq.  
 
Hər zona üzrə qalibi müəyyənləşdirmək üçün qrup mərhələsini birinci pillədə başa vuran komandalar arasında pley-off qarşılaşması təşkil ediləcək. Qalib komandalar yarımfinala vəsiqə qazanacaqlar.
 
Yarımfinal mərhələsində 3 zonanın qalibi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası üzrə birinci yeri tutmuş komanda da iştirak edəcək. Qarşılaşmalar neytral meydanda keçiriləcək və bir oyundan ibarət olacaq. Final və üçüncü yer uğrunda oyun da neytral meydanda keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.