İdman

"Biz də qələbə qazanmaq istəyirik, ancaq alınmır"

12 Dekabr 2017 00:19
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə Kubokunun 1/4 final mərhələsinin ilk oyunları başa çatdı. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ötən gün keçirilən son matçda fasiləyə hesabda üstün yollanmasına baxmayaraq yekunda məğlub olan "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov oyundan sonra sualları cavablandırıb. 

- Əlverişsiz hava şəraitində qazandığınız nəticəni necə qiymətləndirirsiniz? Hesabda irəlidə idiniz, amma üstünlüyünüzü qoruya bilmədiniz. Nəticəni sərfəli hesab edirsinizmi?

- İstər çempionat, istərsə də kubok oyununu birinci hissəsində hesabda öndə oluruq, amma fasilədən sonra bu üstünlüyümüzü əldən veririk. Biz də qələbə qazanmaq istəyirik, ancaq alınmır. Kubok oyunlarının gedişatına baxsaq, səfərdə qazandığımız nəticə cavab oyunu üçün pis hesab deyil. Mərhələ adlaya bilərik. Səhvlərimizi analiz edib, nəticə çıxarmalıyıq.
 
- İkinci hissədə bu üstünlüyünüzü qorumağa nə mane olur?

- Bu, tək bizim oyunumuzla bağlı deyil. Rəqib təzyiqi artırdıqca, məcbur olursan müdafiəyə qapılasan. Müdafiədə də çox qalanda məğlubiyyətdən qaçmaq olmur.
 
- Fərhad Vəliyevin qırmızı vərəqə aldığı epizoda yaxın idiniz. Hakim düzgün qərar verdi?

- Epizoda yaxın idim. Nə baş verdiyini gördüm. Məncə, hakim düzgün qərar qəbul etmişdi.
 
- Təcrübəli qapıçısız ikinci oyunda meydana çıxmaq çətin olmayacaq?

- Fərhad əsas qapıçımızdı. Mehdi də pis deyil. Çalışacaq ki, qapıda etibarlı dayansın, etimadı doğrultsun.
 
- Səfərdə vurulan bir qol ümidinizi artırırmı?

- Ümid hər zaman var. Çalışacağıq bunu reallıqla uzlaşdıraq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.