İdman

"Beşiktaş"dan "Bavariya"ya cavab: Bizi ondan soruşun - FOTO

11 Dekabr 2017 19:06
1 Şərh     Baxış: 3 355
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsində rəqib olan "Bavariya" ilə "Beşiktaş" arasında mübarizə gözləniləndən erkən başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, hər iki klub sosial şəbəkə vasitəsilə bir-birinə "söz atıb".

İlk olaraq, "Bavariya" tvitter hesabından hücumçusu Robert Levandovskinin bir əli cibində, digəri ilə də telefonla danışan şəklini paylaşıb. Polşalı forvardın gülən yerdə olan fotosunun üzərində isə "Beşiktaş"a gəlirik" sözləri yazılıb. "Bavariya" bununla yayda transferlər zamanı "Beşiktaş"a gəl" (Come to Beşiktaş) şüarından istifadə edən Türkiyə klubuna sataşıb.

"Beşiktaş"ın isə almanlara cavabı özünü çox gözlətməyib. İstanbul nəhəngi "Leypsiq"in hücumçusu Timo Vernerin qrup mərhələsində Türkiyədəki qarşılaşmanın gedişində əvəzləndiyi və qulağını tutduğu şəkli paylaşaraq, "Bizi Timo Vernerdən soruşun" mesajını göndərib.

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.