İdman

"Şaxtyor" məşqçiləri və hakimlər arasında konflikt

11 Dekabr 2017 14:12
0 Şərh     Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna çempionatının 19-cu turunda "Zorya" ilə qarşılaşan turnir cədvəlinin lideri "Şaxtyor" 1:2 hesabı ilə uduzub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra Donetsk klubunun baş məşqçisi Paulo Fonseka və köməkçiləri baş hakimlə mübahisə ediblər. Onlar referi Serqey Boykonu qərəzli idarəçilikdə ittiham edib. Boyko oyunda "Şaxtyor" futbolçularına 3 qırmızı vərəqə göstərib və komandanı penalti ilə cəzalandırıb. Məşqçi və hakimlər arasındakı konflikti təhlükəsizlik əməkdaşları yatızdırıb.

Oyunun 90-cı dəqiqəsinə kimi 8 nəfərlə oynayan "Şaxtyor" hesabda 1:0 öndə olub. Əlavə olunmuş dəqiqələrdə "Zorya" 1-i penaltidən olmaqla 2 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.