İdman

Avro-2020-nin A qrupunun 3 oyunu Bakıda keçiriləcək

7 Dekabr 2017 20:26
0 Şərh     Baxış: 867
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il futbol üzrə Avropa çempionatının final mərhələsində qrup oyunlarının keçiriləcəyi stadionlar müəyyənləşib.

Milli.Az Trend-ə istinadən bildirir ki, turnirə ev sahibliyi edəcək 12 şəhərin hər birində 3 qrup oyunu keçiriləcək.

Beləliklə, A qrupunun 3 oyunu Bakı Olimpiya Stadionunda, digər 3 oyun isə Romada təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəl çempionatın Avropanın 13 müxtəlif şəhərində keçirilməsi nəzərdə tutulmuşdu, lakin Brüssel bəzi öhdəlikləri yerinə yetirmədiyi üçün turnirdən uzaqlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.