İdman

"Sumqayıt" "Qarabağ" üçün hazırlaşır

7 Dekabr 2017 18:30
0 Şərh     Baxış: 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ"la qarşılaşacaq olan "Sumqayıt" hazırlıqlarını davam etdirir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "kimyaçılar" bu gün saat 11:00-da "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Cavid İmamverdiyev və Cavid Tağıyev zədə səbəbindən məşq prosesində iştirak etməyib.

Bundan başqa əvəzedici heyətdən 4 futbolçu - Süleyman Piriyev, Tural Bayramlı, Ramil Orucov və Elvin Nəsibov əsas komanda ilə birgə çalışıb.

1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalar və fərdi hazırlığa üstünlük verilib. "Qarabağ" - "Sumqayıt" qarşılaşması 11 dekabr, saat 19:00-da "Azersun Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.