İdman

Fərid Qayıbov: Mən sadəcə işimi yerinə yetirəcəyəm - FOTO

6 Dekabr 2017 19:33
Baxış: 2 032

Mən kiminsə xoşuna gəlmək üçün deyil, sadəcə öz işimi yerinə yetirəcəyəm.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa Gimnastika İttifaqının (UEG) yeni prezidenti Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırarkən deyib.

F.Qayıbov bildirib: "Avropa Gimnastika Federasiyası mənə etibar etdi və UEG-in prezidenti postuna seçdilər və növbəti 4 il ərzində vəzifələrimi vicdanla yerinə yetirməyə çalışacağam. Bildiyiniz kimi, hər iki ildən bir hesabat verməliyəm və iki il ərzində görülən işlər barədə hesabat vermək üçün lazım olan hər şeyi edəcəyəm. Ümid edirəm ki, dörd il ərzində mən yenidən UEG-in prezidenti seçilmək üçün imkan qazanacağam"

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.