İdman

8 vəsiqə, 14 iddiaçı - Çempionlar Liqası

4 Dekabr 2017 14:45
0 Şərh     Baxış: 1 662
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Çempionlar Liqasında qrup mərhələsinin son turuna start veriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, iki gün davam edəcək VI turun qarşılaşmaları ilə qrup oyunlarına yekun vurulacaq.

Son tur 14 komanda üçün həlledici xarakter daşıyır. Belə ki, 1/8 finala son səkkiz vəsiqənin məhz 14 iddiaçısı var. "Atletiko", "Bazel", MOİK, "Yuventus", "Leypsiq", "Liverpul", "Mançester Yunayted", "Napoli", "Porto", "Roma", "Sevilya", "Şaxtyor", "Spartak" və "Sportinq" qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün son turda uğurlu nəticə qazanmalıdı.

Bunu bacaran 8 klub artıq növbəti raunda yüksələn "Barselona", "Bavariya", "Beşiktaş", "Çelsi", "Mançester Siti", PSJ, "Real" və "Tottenhem"ə qoşulacaq. Tur adlayan "səkkizlik"dən üçü - "Barselona", "Beşiktaş" və "Tottenhem" 1-ci yeri də təmin edib.

"Anderlext", APOEL, "Borussiya" və "Seltik" isə 3-cü yerlə Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacaq. Altı qrupda isə sonuncu yer sahibləri bəllidi. Azərbaycan çempionu "Qarabağ", həmçinin "Bentika", "Feyenoord", "Maribor", "Monako" və "Olimpiakos" üçün qarşıdakı matç formal xarakter daşıyacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

5 dekabr

A qrupu
23:45. "Benfika" (Portuqaliya) - "Bazel" (İsveçrə)
23:45. "Mançester Yunayted" (İngiltərə) - MOİK (Rusiya)

1.

Mançester Yunayted

5

4

0

1

10-2

12

2.

Bazel

5

3

0

2

9-5

9

3.

MOİK

5

3

0

2

7-8

9

4.

Benfika

5

0

0

5

1-12

0

B qrupu
23:45. "Seltik" (Şotlandiya) - "Anderlext" (Belçika)
23:45. "Bavariya" (Almaniya) - PSJ (Fransa)

1.

PSJ 

5

5

0

0

24-1

15

2.

Bavariya

5

4

0

1

10-5

12

3.

Seltik

5

1

0

4

5-17

3

4.

Anderlext

5

0

0

5

1-17

0

C qrupu
23:45. "Çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya)
23:45. "Roma" (İtaliya) - "Qarabağ" (Azərbaycan)

1.

Çelsi

5

3

1

1

15-7

10

2.

Roma

5

2

2

1

8-6

8

3.

Atletiko

5

1

3

1

4-3

6

4.

Qarabağ

5

0

2

3

2-13

2

D qrupu
23:45. "Olimpiakos" (Yunanıstan) - "Yuventus" (İtaliya)
23:45. "Barselona" (İspaniya) - "Sportinq" (Portuqaliya)

1.

Barselona

5

3

2

0

7-1

11

2.

Yuventus

5

2

2

1

5-5

8

3.

Sportinq

5

2

1

2

8-7

7

4.

Olimpiakos

5

0

1

4

4-11

1

6 dekabr

E qrupu
23:45. "Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya)
23:45. "Liverpul" (İngiltərə) - "Spartak" (Rusiya)

1.

Liverpul

5

2

3

0

16-6

9

2.

Sevilya

5

2

2

1

11-11

8

3.

Spartak

5

1

3

1

9-6

6

4.

Maribor

5

0

2

3

2-15

2

F qrupu
23:45. "Feyenoord" (Hollandiya) - "Napoli" (İtaliya)
23:45. "Şaxtyor" (Ukrayna) - "Mançester Siti" (İngiltərə)

1.

Mançester Siti

5

5

0

0

13-3

15

2.

Şaxtyor

5

3

0

2

7-8

9

3.

Napoli

5

2

0

3

10-9

6

4.

Feyenord

5

0

0

5

3-13

0

G qrupu
23:45. "Porto" (Portuqaliya) - "Monako" (Fransa)
23:45. "Leypsiq" (Almaniya) - "Beşiktaş" (Türkiyə)

1.

Beşiktaş 

5

3

2

0

9-4

11

2.

Porto

5

2

1

2

10-8

7

3.

Leypsiq

5

2

1

2

9-9

7

4.

Monako

5

0

2

3

4-11

2

H qrupu
23:45. "Tottenhem" (İngiltərə) - APOEL (Kipr)
23:45. "Real" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya)

1.

Tottenhem

5

4

1

0

12-4

13

2.

Real Madrid 

5

3

1

1

14-5

10

3.

Borussiya D.

5

0

2

3

5-10

2

4.

APOEL

5

0

2

3

2-14

2

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.