İdman

Kontenin şikayəti bitmir

25 Noyabr 2017 18:11
0 Şərh     Baxış: 1 145
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi"nin baş məşqçisi Antonio Konte növbəti dəfə təqvimdən şikayətlənib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub saytına danışan italiyalı çalışdırıcı Premyer Liqanın XIII turunda "Liverpul"la qarşılaşacaqları oyuna hazırlıq üçün az vaxtlarının olduğundan gileylənib.

"Çalışdıq ki, yaxşı hazırlaşaq. Ancaq bir amili nəzərə almalıyıq ki, bizim bu oyuna hazırlıq üçün cəmi bir gün vaxtımız oldu. Bu, yalnız "Çelsi"nin oyunçularına deyil, bütün komandalara aiddir. Çox sıx qrafiklə çıxış edirik və bu da bizə yaxşı hazırlaşmağa mane olur".

Qeyd edək ki, Çempionlar Liqasının V turunda çərşənbə günün Bakıda "Qarabağ"la qarşılaşan "Çelsi" bu gün "Liverpul"la qarşılaşacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.