İdman

Formula 1 Azərbaycan Qran-Prisinin qalibi Bakıya gələcək

24 Noyabr 2017 20:36
0 Şərh     Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Red Bull Racing" komandasının pilotu Daniel Rikkiardo 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində qələbə qazandıqdan sonra ilk dəfə Bakıda səfərə gələcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, noyabrın 29-30-da ölkəmizdə olacaq avstraliyalı Formula-1 pilotu paytaxtda bir sıra görüşlər keçirəcək və Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaq.

Formula-1 azarkeşlərinin sevimlisi Daniel Rikkiardo paytaxtda olarkən Bakı şəhər halqasında (BŞH) keçirdiyi yarış təəssüratlarını avtoidman həvəskarları ilə bölüşəcək və BŞH-nin sosial media kanallarında canlı olaraq azarkeşlərin suallarını cavablandıracaq. Həmçinin D.Rikkardo səfər təəssüratlarına dair yerli və xarici media nümayəndələri üçün keçiriləcək mətbuat konfransında da iştirak edəcək.

BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Daniel Rikkardonun Bakıya səfərini ölkəmizi daha geniş ictimaiyyətə tanıtmaq baxımından yüksək qiymətləndirib: "Biz böyük məmnuniyyətlə avtoidman həvəskarlarının diqqətinə çatdırırıq ki, 2017-ci il Formula-1 Azərbaycan Qran-Prisində möhtəşəm qələbə qazanmış Daniel Rikkiardo yenidən gözəl paytaxtımızda olacaq. Onun Bakıya səfəri ölkəmizin qonaqpərvərliyini və zəngin tarixi mədəniyyətini bütün dünyaya tanıtmaq baxımından əvəzolunmaz fürsətdir. Bakıda bu il baş tutan Qran-Pri yarışı bütün avtoidman ictimaiyyəti tərəfindən 2017-ci il Formula-1 dünya çempionatının sürpriz və həyəcanla dolu ən baxımlı yarışı kimi qəbul olunub. D.Rikkardonun Bakıya səfəri gələn il apreldə keçiriləcək növbəti Azərbaycan Qran-Prisinə böyük diqqət və maraq oyadacaq. BŞH-nin bütün kollektivi gözəl paytaxtımızı bir daha bütün dünyaya ən gözəl şəkildə təqdim etmək üçün səbrsizlənir. Yarışa biletlər artıq satışdadır və fürsətdən istifadə edərək bütün sürət həvəskarlarını Bakıda keçiriləcək növbəti möhtəşəm yarışa bilet almağa dəvət edirəm".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.