İdman

Fettel və Hemilton Bakıdakı toqquşmanı xatırladılar

24 Noyabr 2017 09:55
0 Şərh     Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula-1"in Əbu-Dabi (BƏƏ) Qran-prisi öncəsi keçirilən mətbuat konfransında "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton və "Ferrari"nin alman üzvü Sebastyan Fettel səmimi söhbət edərək mövsüm ərzində aralarında yaşanmış qarşıdurma ilə bağlı zarafatlaşıblar.

Milli.Az report-a istinadən xəbər verir ki, britaniyalıya mövsüm boyu onun ifasında ən parlaq məqam barədə sual verəndə, Fettel söhbətə müdaxilə edərək soruşub: "Bəlkə Bakıdan başlayarq?".
Mövsümün sonunda mükafatların sayının artırılmasının zəruriliyi barədə suala Fettel belə cavab verib:

"Mən ilin manevri və adamı mükafatı almalıyam. Feyr-pley? Yəqin ki, yox. Lakin Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır", - deyə "Planet F1" alman pilotun sözlərini sitat gətirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.