İdman

"Barselona"nın tarixində bir ilk

23 Noyabr 2017 20:55
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının qrup mərhələsində 5-ci turun oyunları geridə qalıb.

Turun maraqla gözlənilən qarşıdurması "Yuventus" - "Barselona" qolsuz bərabərliklə başa çatıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, katalon klubunun ardıcıl 2-ci qolsuz bərabərliyidir. Ernesto Valverdenin komandası ötən turda "Olimpiakos" səfərindən də analoji nəticı ilə qayıtmışdı. Ardıcıl 2 oyunda qolsuz heç-heçə "Barselona" tarixi üçün də bir ilk olub.

Katalon azarkeşlər üçün sevindirici məqam Mark Andre-ter Şteqenin çıxışı ilə bağlıdır. Yaxşı formada olan qapıçı bütün turnirlər daxil olmaqla qapı çərçivəsinə gedən 24 topdan 23-nü dəf edib. O, qrup mərhələsində çıxdığı 5 oyundan 4-də qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, "Barselona" qrup lideri kimi 1/8 finala vəsiqəni təmin edib. Klub 2007/08 mövsümündən müntəzəm olaraq bunu bacarır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.