İdman

İngilis mediası "Qarabağ"ı lağa qoydu - FOTO

23 Noyabr 2017 12:16
20 Şərh     Baxış: 8 597
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis mediası "Qarabağ" futbol klubunu lağa qoyub.

Milli.Az bildirir ki, məşhur ingilis saytı olan "The Sun" "Qarabağ"ın oyun günü planında futbolçuların adlarını tərcümə etməsini gülünc hesab edib.

Xəbərin başlığında yazılıb: ""Qarabağ" oyun günü planında "Çelsi"nin futbolçularının adlarını tərcümə etdi və gülməli vəziyyət yarandı".

Xəbəri yazan jurnalist bildirib ki, Qarabağın bu qəribə ideyası sosial şəbəkələrdə ingilislər tərəfindən ələ salınıb. İzləyicilər oyunçuların adlarının "Pro Evolution Soccer" oyunundakı kimi qəribə formada yazıldığını qeyd ediblər. Onlar Heri Kehill və Tibo Kurtuanın adlarının yazılışının gülünc olduğunu yazıblar.

Qeyd edək ki, ötən gün keçirilən "Qarabağ" - "Çelsi" matçı "Çelsi"nin 0:4 hesablı qələbəsi ilə başa çatıb.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.