İdman

İngiltərə mətbuatı "Qarabağ"a edilən haqsızlıqdan yazdı - FOTO

23 Noyabr 2017 11:58
5 Şərh     Baxış: 3 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasında "Qarabağ"ın "Çelsi"yə 0:4 məğlub olduğu matça hakim qərarları damğa vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı hakim Manel De Souzanın Rəşad Sadıqova qırmızı vərəqə verdiyi epizod İngiltərə mətbuatının da gündəminə düşüb. Məşhur "The Sun" qəzeti ilk penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin isə yanlış verildiyini yazıb.

Nəşr xəbərə "Çılğın qərar" başlığını verib və hakimin qərarına hətta "Çelsi" azarkeşlərinin də təəccübləndiyini vurğulayıb.

"Zadəganlar"ın azarkeşləri tvitterdə də eyni fikri paylaşıblar. Onların arasında tanınmış jurnalist Mazolo Malefe də yer alıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.