İdman

Antonio Konte: "Penaltinin olub-olmadığını deyə bilmərəm"

22 Noyabr 2017 23:39
1 Şərh     Baxış: 2 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Komandamın oyunundan məmnunam". Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Çelsi"nin baş məşqçisi Antonio Konte deyib.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın qonağı olan London klubu 4:0 hesablı qələbə qazanıb.
 
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis bu fikirləri səsləndirib: "Növbəti mərhələyə vəsiqə qazandıq. "Atletiko" ilə görüşün həlledici olmasının qarşısını aldıq. Bu da mənə onlarla görüşdə rotasiyalar etmək imkanı yaradacaq".
 
- Qırmızı vərəqə və penalti qərarları haqda nə deyə bilərsiz?

- Mənə görə, həmin vəziyyətlər haqda danışmaq çətindir. Çünki mən texniki zonada oluram və ordan məsafə uzaqdır. Gördüyümə əsasən, penaltinin olub-olmadığını deyə bilmərəm. Sadəcə, onu deyim ki, hakim öz işini görməli, heç bir komandanın lehinə tərəf tutmamalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.