İdman

Şenol Günəş "Qarabağ" - "Çelsi" oyununa gəlir

22 Noyabr 2017 17:55
1 Şərh     Baxış: 2 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gecə Türkiyə çempionu "Beşiktaş"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Portu" klubu ilə ev oyunu zamanı Bakı Olimpiya Stadionunda İstanbul klubununun ağ-qara rənglərinin işıqlandırıldığını xəbər vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, matç zamanı arenanın bayır divarlarından "Come to Beşiktaş" yazısı da qeyd olunmuşdu.

Bu barədə məlumat qardaş ölkə mətbuatında da işıqlandırılıb. Bu cür dəstək "Beşiktaş" tərəfindən cavabsız qalmayıb. Belə ki, İstanbul klubunun baş məşqçisi Şenol Günəş həm BOS-un ağ-qara rənglərə boyanması, həm də buradakı "Beşiktaş" tərəfdarlarına təşəkkür etmək üçün Azərbaycana gəlir. Bu barədə məlumatı "Hürriyet" qəzeti yayıb.

"Beşiktaş"ın çalışdırıcısı bu axşam UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İngiltərənin "Çelsi" klubu arasında məhz BOS-da keçiriləcək oyunu da canlı izləyəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.