İdman

""Yuventus"da həmişəlik qalacağıma söz vermirəm"

21 Noyabr 2017 19:12
0 Şərh     Baxış: 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Paulo Dibala bütün karyerasını Turin klubuna həsr etməyəcəyini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "qoca senyora" ilə 2022-ci ilə kimi müqaviləsi olan argentinalı forvard bunları deyib:

"Yuventus"da həmişəlik qalacağıma söz vermirəm. Bu, təkcə məndən asılı deyil. Eyni zamanda klubda son mövsümü keçirdiyimi də deyə bilmərəm. Getdiyim hər yerdə qələbə qazanmaq istəyirəm. Amma futbolda heç vaxt gələcəyi görmək mümkün olmur. Neymarla "Qızıl top" uğrunda mübarizə aparmaq istərdim. Hazırda mənə nisbətən onun şansları daha yaxşıdır. Amma üzərimdə çox çalışıb titullar qazanmaq lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.