İdman

Dünya birincisi Mixail Malkin Bakıya qayıdıb - FOTO

20 Noyabr 2017 22:12
Baxış: 1 962
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan gimnastları Sofiyada keçirilən 25-ci Dünya Yaş Qrupları yarışlarından Bakıya qayıdıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında yığmamızın idmançılarını yaxınları və pərəstişkarları qarşılayıb.

Qeyd edək ki, Azərbaycan təmsilçisi Mixail Malkin Sofiyada keçirilən tamblinq üzrə 25-ci Dünya Yaş Qrupları yarışlarında qızıl medal qazanıb. O, bu idman növündə sözləini demiş rusiyalı Aleksandr Lisitsıni və Böyük Britaniya təmsilçisi Dominik Mensaxı üstələyib.

Bu tarixi qələbənin əldə edilməsində onun məşqçisi Adil Hüseynzadənin böyük əməyi var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.