İdman

"Türmədə idim, kimsə dedi ki, qardaş, qapını aç, çıx" - VİDEO

20 Noyabr 2017 22:43
0 Şərh     Baxış: 2 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Başakşəhər" klubunun futbolçusu Emmanuel Adebayor İngiltərə xatirələri barədə danışıb.

Milli.Az xəbər verir ki, Adebayor "Mançester Siti"nin heyətində sabiq klubu "Arsenal"a qarşı oyunda qol vurandan sonra yaşadığı emosiyaları bölüşüb. Toqolu futbolçu "Arsenal" azarkeşlərinin həmin oyunda ona qarşı münasibətini də xatırlayıb:

"Həmin oyuna 5 min azarkeşin mənim ailəmi necə təhqir etdiyini seyr etmək üçün çıxmamışdım. Qol vuranda isə hiss etdim ki, üstümdən ağır yük atdım.
Qol vurandan sonra "Arsenal"ın fanat sektorunun qarşısında dizi üstə sürüşüb əllərimi yana açarkən, özümü məğlubedilməz hiss edirdim.

Mənə tərəf telefon, butulka - əllərinə keçən hər şeyi atırdılar. Ancaq atılan əşyaların hamısı yanımdan keçirdi, sanki hər şey kinodakı kimi idi.

Təəssüratım belə idi: sanki uzun müddətdi türmədəsən və kimsə qapını açıb deyir: "Qardaş, qapını aç və çıx, indi sən azadlıqdasan".

Adebayor "Arsenal"dan "Mançester Siti"yə 2009-cu ildə 29 milyon avroya keçib. (publika.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.