İdman

Qvardiola: "Jezuş Eto`onun "Barselona"dakı vaxtlarını xatırladır"

19 Noyabr 2017 23:57
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola braziliyalı ulduz Qabriel Jezuş barədə danışıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, katalon mütəxəsis onun üzərində işləyəcəyi halda üst səviyyələrə çıxmaq imkanı olduğunu bildirib.

"Qabrieli hələlik yeni Ronaldu adlandırmaq olmaz. O, dünyanın ən yaxşı hücumçularından biri olmaq üçün bütün imkanlara sahibdir. Amma özünü inkişaf etdirməlidir. Onunla ilk telefon zəngimi xatırlayıram. Bir-birimizi nə dərəcədə başa düşdük, bilmirəm. Jezuş portuqalca, mən ispanca danışırdım. O, səni pis vəziyyətdə qoymaz. Rəqib qapısı önündə bir qatildir. Mənə Eto`onun "Barselona"dakı vaxtlarını xatırladır. Ümid edirəm, növbəti illərdə "Siti"də qalar. Jezuş digər böyük klublardan təklif alsa da, bizi seçdi. Ona daha yaxşı olmaqda kömək etməyə çalışırıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.