İdman

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarının ikinci günün qalibləri mükafatlandırılıb - FOTO

18 Noyabr 2017 20:24
Baxış: 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, kişi idman gimnastikası üzrə uşaqlar (2004-2005) yaş kateqoriyasında Anar Həsənov qızıl medal qazanıb. Rəsul Əhmədzadə ikinci, Aydın Əlizadə üçüncü yerdə qərarlaşıblar.

Yeniyetmələr (2002-2004) yaş kateqoriyasında Ramin Dəmirov qızıl, Mənsum Səfərov gümüşə yiyələniblər.

Gənclər (2000-2002) yaş kateqoriyasında isə Səməd Məmmədli qızıl, Cavidan Babayev gümüşə sahib çıxıblar.

Böyüklər (1999-cu il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyasında birinci yerin sahibi Timur Bayramov, ikinci yerin sahibi isə Murad Ağarzayev olublar.

2 gün davam edən turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparıblar. Onlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.