İdman

Əfsanədən Neymara sərt tənqid: ""Barselona"nı "Amenam" və "Qenqam"a dəyişdin"

17 Noyabr 2017 12:38
0 Şərh     Baxış: 1 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransanın tarixinə keçmiş əfsanəvi hücumçu PSJ-yə keçmiş Neymarı sərt tənqid edib.

Milli.Az xəbər verir ki, Neymar bu yay "Barselona"dan PSJ-ə transfer olunmaqla dünya futbol tarixinin ən baha futbolçusu ünvanını alıb.

Lakin "Mançester Yunayted"in əfsanəvi hücumçusu Erk Kantona bu keçidin niyə baş verdiyini hələ də anlaya bilməyib və Yahoo Sportsa açıqlamasında "sambaçı"nı sərt tənqidlərlə qarşı-qarşıya qoyub:

"Sənin 25 yaşın var. Braziliya yığmasında və "Barselona"da oynayırsan. Bu cür vəziyyətdə niyə Fransa liqasına keçəsən? "Amenam" və "Qenqam"la oynamaq üçün? Bu futbola ehtirası olan bir insanın atacağı addım deyil.

Deyirlər ki, PSJ Çempionlar Liqasında çıxış edir. Nə olsun? ÇL mövsümdə, sadəcə, 10 oyunluq bir perioddur. Bu səbəbdən onun niyə Fransa çempionatına keçdiyini anlamıram" - Katona deyib.

Qeyd edək ki, yayılan sayiələrə görə Neymar PSJ-ni tərk edə bilər. Yalnız bu, onun transfer dəyərini ödəyəcək klub olarsa, baş verəcək.

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.