İdman

Azərbaycan birinciliyinin ilk gününə yekun vuruldu - FOTO

16 Noyabr 2017 12:07
0 Şərh     Baxış: 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sərhədçi" Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinin ilk gününə yekun vurulub.

Milli.Az report-a istinadən xəbər verir ki, yarışların birinci günü qızlar arasında bütün, oğlanların mübarizəsində isə iki çəki dərəcəsində qaliblər müəyyənləşib.

Yekunda Xəlilova Ruslana (36 kq), Şirinzadə Aydan (40 kq), Alıyeva Səbinə (44 kq), Kərimova Vüsalə (48 kq), Bayramova Ülviyyə (52 kq), Səfərova Fəridə (57 kq), Ağayeva Südabə (63 kq), Əmirli Nərmin (70 kq), Kərimova Rəvanə (+70 kq), Rzayev Aydın (46 kq) və Hacıyev Mirağa (50 kq) Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, yarışda 565 cüdoçu mübarizə aparır. Yeniyetmələrin ölkə birinciliyi noyabrın 17-də başa çatacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.