İdman

"Atletik" 36 yaşlı hücumçunun müqaviləsini yenilədi

15 Noyabr 2017 20:55
0 Şərh     Baxış: 904
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletik" klubu 36 yaşlı hücumçu Aritz Adurizin müqavilə müddətini uzadıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran futbolçu 2019-cu ilin yayına kimi baskların şərəfini qoruyacaq. Yeni sözləşmədə Adurizin buraxılış qiyməti 40 milyon avro göstərilib. Onun əvvəlki müqaviləsi mövsümün sonunda başa çatmalı idi.

Aduriz 2015-ci ildə 3-cü dəfə "Atletik"ə qoşulmuşdu. O, karyerası ərzində Bilbao klubunun forması ilə 336 oyuna çıxıb və 154 qol vurub. 35 yaşında təcrübəli forvard İspaniya millisi ilə 2016-cı il Avropa çempionatının iştirakçısı olmuşdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.