İdman

"Real Madrid"in ulduzu: "Bir daha futbola qayıda bilməyəcəyimi sanmışdım"

15 Noyabr 2017 14:25
1 Şərh     Baxış: 2 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Senytabrın sonunda "Real Madrid" həkimləri Dani Karvahalın urəyində perikarda virusu aşkarlamışdılar.

Milli.Az xəbər verir ki, xəstəliyin tapılmasından sonra oyunçu meydanlardan uzaq qalmışdı.

Oyunçu "Marca"ya açıqlamasında bu sözləri deyib:

"Mən qorxdum və bunun xroniki xəstəliyə çevrilib karyeramı bitirməyimə səbəb olacağını düşünməyə başladım. Amma həkimlər narahat olunacaq bir şey olmadığını, bu cür halların tez-tez olduğunu dedilər. Sağalmağım üçün dərmanlar qəbul etməyə başladım. İlk 3-54 həftə mənim üçün çox ağır keçdi. Çünki tərpənməyə belə icazə vermirdilər.

Meydana tez bir zamanda qayıtmaq istəyirəm, amma biz həkimlərlə razılaşmışıq ki, bu, beynəlxalq oyunlardan sonra olacaq. Tez bir zamanda komandaya qoşulub öz əvvəlki yerimi qaytarmaq istəyirəm".

Adil Nəcəfov
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.