İdman

"Barselona" Qrizmann ilə razılaşdı

15 Noyabr 2017 11:42
0 Şərh     Baxış: 1 280
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubu La Liqanın digər təmsilçisi "Atletiko" ilə futbolçu Antuan Qrizmannın transfer məsələsində prinsipial razılıq əldə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, tərəflər bir neçə həftə əvvəl danışıqlara başlayıblar və artıq yekun mərhələsindədirlər. Bundan sonra Kataloniya təmsilçisi Madrid klubu ilə görüşmələrə start verəcək.

Fransa yığmasının 26 yaşlı hücumçusunun keçidi 2018-ci ilin yayına planlaşdırılıb.
Qrizmannın "Atletiko" ilə 2022-ci ilə qədər müqaviləsi var. 2018-ci ilin yayında onun transfer qiyməti 100 milyon avro olacaq.

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. Bu kollektivlər arasında baş tutan hər iki görüşdə heç-heçə qeydə alınıb - 0:0, 1:1. Cari mövsümdə zəif təsir bağışlayan Antuan Qrizmann Azərbaycan çempionunun qapısına yol tapa bilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.