İdman

Teymur və Şəhriyar üçün İspaniyada tarixi an

16 Noyabr 2017 09:22
1 Şərh     Baxış: 1 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İspaniyanın Palma-de-Malyorka şəhərində kişilər arasında şahmat üzrə Qran-pri seriyasının yekun mərhələsi start götürür.

Milli.Az report-a istinadən xəbər verir ki, bu mərhələnin yekununda dünya şahmat tacına namizədlər turnirinin son iştirakçıları müəyyənləşəcək.

FIDE-nin Qran-pri seriyası 2018-ci ilin martında Berlində başa çatacaq çempion tsiklinin seçmə mərhələlərindən biridir. Berlində 8 namizədin iştirakı ilə keçiriləcək turnirdə şahmat tacının Norveçdən olan sahibi Maqnus Karlsenin rəqibi müəyyənləşəcək.

Dörd mərhələnin yekunu üzrə Qran-pridə ilk iki yer uğrunda dörd qrossmeyster - rusiyalı Aleksandr Qrişuk, azərbaycanlı Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov, həmçinin fransalı Maksim Vaşye-Laqrav idda edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.