İdman

"Barselona"da qaldığına görə peşmandır

15 Noyabr 2017 06:30
0 Şərh     Baxış: 1 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari mövsümdə "Barselona"da heç bir oyunda şans qazanmayan Tomas Vermalen Kataloniya klubunda qaldığına görə peşmandır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, belçikalı müdafiəçi İspaniya mətbuatına verdiyi açıqlamada yayda "Barsa"da qaldığına görə peşman olduğunu deyib:

"Bu yay "Barselona"da qalmağın yaxşı düşüncə olduğunu düşünmüşdüm, lakin indiki vəziyyətimi gördükdən sonra bunun pis fikir olduğunu anladım və peşman oldum. Klubumda bir dəqiqə belə şans qazanmasam da, Belçika kimi millidə oynadığıma görə çox şadam".

Xatırladaq ki, Vermalen "Barselona"ya 2014-cü ildə "Arsenal"dan 19 milyon avro qarşılığında transfer edilib. O, 3 il ərzində Kataloniya klubunun heyətində La Liqada cəmi 11 oyun keçirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.