İdman

Beyllə Prosineçkinin oxşar taleyi

13 Noyabr 2017 20:12
0 Şərh     Baxış: 984
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın hücumçusu Qaret Beylin növbəti dəfə zədələnməsi İspaniya mətbuatında müzakirə mövzusuna çevrilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uelsli futbolçu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə müqayisə edilib.

Bu günlərdə 1 aylıq sıradan çıxan Beyl "Real"da olduğu 5-ci mövsümündə 19-cu dəfə zədələnib. "Real" tarixinin zədədən ən çox əziyyət çəkən oyunçularının siyahısını dərc edən nəşr Prosineçkini də bura əlavə edib. Belə ki, 1991-1994-cü illərdə "kral klubu"nun formasını geyinmiş xorvatiyalı oyunundan çox zədəli olması ilə yadda qalıb.

Həmçinin Conatan Vudqeyt (2004-2006), Aryen Robben (2007-2009), Kaka (2009-2013), Nuri Şahin (2011-2013) və Rafael Varan da (2011-...) madridlilərə zədə ucbatından lazımi qədər xeyir verməyən futbolçular sayılır. Həmkarlarımızın araşdırmasına görə, Beyl "Real"da meydanda olduğu hər oyuna görə, 4 milyon dollar qazanır.

Qeyd edək ki, 2013-cü ildə "Tottenhem"dən 100 milyon avroya transfer edilən Qaret Beyl "Real"ın heyətində bütün turnirlərdə 159 oyun keçirib, 70 qola imza atıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.