İdman

"Deşam millinin baş məşqçisi olduğu müddətdə ora dəvət almayacam"

13 Noyabr 2017 14:35
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in hücumçusu Kərim Benzema Fransa millisində qayıtmaq istədiyini növbəti dəfə dilə gətirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 29 yaşlı forvard "L`Equipe" nəşrinə açıqlamasında bu barədə danışıb.

"Didye Deşamın komandasında oynamaq istərdim. Millidə hücum xəttinə namizədlərdən biri də mənəm. Yaxşı mövsüm keçirsəm də, Fransada təşkil olunan Avropa çempionatından kənarda qaldım. Baş məşqçi ilə aramızda heç bir problem yoxdur. Buna baxmayaraq, başa düşürəm ki, Deşam baş məşqçi olduğu müddətdə milliyə dəvət almayacam. AVRO-2016-dan öncə turnirə niyə aparılmadığım mənə izah edilmədi. Dünya çempionatına gedəcəyimdən ümidimi üzmürəm. Eyni zamanda gərək özümüzü aldatmayaq. Artıq 2.5 ildir millidən kənarda qalmışam".

2015-ci ilin noyabrında Matye Valbuenanın intim məzmunlu video ilə şantajında iştirakında görə millidən kənarlaşdırılan Benzema fransız azarkeşlərin də "gözünün düşməni"dir. O, Fransanın dövlət himnini oxumadığına görə yerli federasiyanın prezidenti Noel le Qre və bəzi siyasətçilər tərəfindən də tənqidə məruz qalmışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.