İdman

"Real Madrid" Beyl və Kroosu verib Neymarı alacaq

13 Noyabr 2017 13:14
7 Şərh     Baxış: 1 383
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın Neymarı heyətinə qatmaq istəyi ilə bağlı yeni xəbər yayılıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Kral Klubu"nun braziliyalı ulduza qarşılıq iki futbolçusunu PSJ-yə təklif edəcəyi deyilir.

"Don Balon"un iddiasına görə, "Real"ın prezidenti Florentino Peres Neymarın transferi üçün Toni Kroos və Qaret Beyli Paris klubuna vermək niyyətindədi. PSJ 222 milyon avroya aldığı braziliyalı üçün 450 milyon avro tələb edir. "Real" bu iki ulduzunu qarşı tərəfə verməklə bu məbləği azaltmaq niyyətindədi.

Qeyd edək ki, "Real" Qaret Beyli 101, Toni Kroosu 25 milyon avroya alıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.