İdman

"Real"a növbəti ağır zərbə

11 Noyabr 2017 18:45
1 Şərh     Baxış: 1 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın hücumçusu Qaret Beyl yenidən sıradan çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, uelsli futbolçu bu dəfə məşqdə zədələnib. 

"Kral klubu"nda formasını bərpa etməsi üçün Uels yığmasına çağırılmayan Beyl dünənki məşq zamanı sol ayağında ağrılar hiss edib. Həkim müayinəsindən sonra ulduz futbolçunun əzələsində yırtıq aşkarlanıb. İspaniya KİV-i Beylin təxminən 3-4 həftə yaşıl meydanlardan uzaq qalacağını yayıb.

Qeyd edək ki, Qaret Beyl zədələr ucbatından bu mövsüm La Liqada 5, Çempionlar Liqasında isə 2 matçda iştirak edib, ümumilikdə 3 qol vurub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.