İdman

Ronaldoya yeni təklif

8 Noyabr 2017 10:47
2 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo "Korintians"a qayıda bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "fenomen"in bu klubun direktoru vəzifəsinə gətirilmək variantı yaranıb.

Bu barədə "Korintians"ın prezident postuna namizədlərdən olan Andres Sançes məlumat verib. O bildirib ki, seçkilərdə qalib gəlsə, Ronaldoya klubun direktoru vəzifəsində çalışmağı təklif edəcək: "Mən qalib gəlsəm, Ronaldo "Korintians"ın direktorları sırasında yer alacaq. O, səlahiyyətli insandı və həmişə bu kluba yaxın olub".

Qeyd edək ki, Ronaldo 2008-2011-ci illərdə "Korintians"ın formasını geyinib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.