İdman

Keyndən "Real"a 2 şərt

6 Noyabr 2017 19:54
5 Şərh     Baxış: 1 421
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tottenhem"in hücumçusu Harri Keyn "Real"a keçməyə razılıq verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ingiltərəli forvardın bunun üçün şərtləri var.

Forvard ilk növbədə əsas heyətdə oynayacağına zəmanət istəyib. Belə ki, o, Kərim Benzema ilə rəqabət aparmaq fikrində deyil. 24 yaşlı oyunçunun digər tələbi isə uelsli hücumçu Qaret Beyldən çox maaş almaqdı. İstəyi reallaşarsa, Kriştianu Ronaldodan sonra "kral klubu"nda ən çox məvacib alan ikinci oyunçu olacaq.

Qeyd edək ki, "Real" Harri Keynin transferində maraqlı olsa da, ingilislər bu keçid üçün 200 milyon avro tələb ediblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.