İdman

Qran-pri: Orucov qələbə ilə başladı, Hüseynov ipponla uduzdu

27 Oktyabr 2017 12:28
0 Şərh     Baxış: 678
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçirilir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarışın ikinci günündə tatamiyə 2 idmançımız çıxacaq.

Kişilər 73 kq
Olimpiya mükafatçımız Rüstəm Orucovun Qran-pridə debütün 1/16 finala təsadüf edib. İlk mərhələdən azad olan həmyerlimiz Aleks Pombo Silvanı (Braziliya) sınağa çəkib. Görüş cüdoçumuzun asan qələbəsi ilə yükunlaşıb. O, Silvanı 64 saniyəyə ippona salıb.

81 kq
Naim Hüseynov da mübarizəyə 1/16 finaldan başlayıb. Olimpiya çempionumuz Nazim Hüseynovun oğlu ilk cəhdində rusiyalı Alan Xubetsovla güləşib və ipponla uduzub.

Qeyd edək ki, Qran-priyə 11 cüdoçu ilə yollanan yığmamız yarışın ilk günündə 1 gümüş medala yiyələnib. Mükafatı komandamıza Nicat Şıxəlizadə (66 kq) qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.